Xəbər lenti

Ötən sutkada neçə nəfər koronavirusa yoluxub?
Ölkə 17:12 25.02.2023

Ötən sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 15 yeni yoluxma faktı qeydə alınıb, 20 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 492 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 229 nəfər müalicə olunaraq sağalıb, 10 116 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.

Ölkədə son sutka ərzində 1 261 , hazırkı dövrədək isə 7 521 187 test aparılıb.

Gün ərzində koronavirus əleyhinə 223 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 79, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 71, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 948 555 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 404 052 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 878 863 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 400 048 , pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 592 nəfər təşkil edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->