Xəbər lenti

Ola bilsin, Ermənistan Rusiya vasitəsilə bizə mesaj göndərib... - Politoloq
Siyasət14:06 09.11.2020

Ola bilsin, Ermənistan Rusiya vasitəsilə bizə mesaj göndərib... - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Hazırkı vəziyyətdə ermənilərin ağılı olsa, təslim olmaq barəsində bizə mesaj göndərərlər”.

BunuQaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq hesab edir ki, dövlət başçısı İlham Əliyevin dediyi şərtləri qəbul eləsələr, danışıqlar masasına oturmaq mümkündür:

"Biz artıq 5 rayonu azad etmişik. Ermənistan yerdə qalan rayonların boşaldılması ilə bağlı qrafik verməlidir. Yalnız bu halda masa reallaşa bilər. İnanmıram ki, ermənilər buna gedə. Amma məğlubiyyətlə üz-üzədirlər. Şuşanın əldən getməsi onlar üçün böyük zərbədir. Biz artıq Xankəndinə nəzarət edə biləcəyik, həm də Ermənistanla Dağlıq Qarabağ yolu bizim nəzarətimizdədir”.

Elxan Şahinoğlu bildirib ki, noyabrın 8-də Rusiya ilə Türkiyə prezidentlərinin arasında telefon danışığı olub:

"Türkiyə hökumət nümayəndələri Bakıda rəsmi səfərdə olub. Ola bilsin, Rusiya vasitəsi ilə Ermənistan bizə mesaj göndərib. Sülhməramlılar məsələsi yenə gündəmə gələ bilər. Amma bu da mümkün deyil. Birincisi, Dağlıq Qarabağda erməni əhalisi qalmayıb. Hansı sülhməramlılardan söhbət gedə bilər? Sülhməramlılar olsa-olsa, hər iki tərəfdən Rusiya Ermənistan, Türkiyə isə Azərbaycan tərəfindən sərhəddə dayanmalıdır. Amma bunların Dağlıq Qarabağda dayanmasının əleyhinəyəm. Şərtlər dəyişib. Buna baxmayaraq, Azərbaycanın şərtlərini qəbul edirlərsə, danışıqlar masası mümkündür”.

Bahar Rüstəmli