Xəbər lenti

İdman 11:17 29.09.2022

"Olimpiakos" "Qarabağ"a qarşı azarkeşsiz oynayacaq

UEFA Yunanıstan "Olimpiakos"una azarkeşlərlə bağlı məhdudiyyət qoyub.

Qaynarinfo qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna fanatların Almaniya "Frayburq"una 0:3 hesabı ilə uduzduqları II tur matçında pirotexniki vasitələrdən istifadə etməsi səbəb olub. Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib. Bu səbəbdən, Ağdam klubu ilə görüşdə şimal tribunasına azarkeş buraxılmayacaq.

Bununla yanaşı "Olimpiakos" Frayburq"la qarşılaşmada ictimai keçidləri bağladığına görə əlavə 8 min avro ödəməli olacaq.

Oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->