Xəbər lenti

Sənət 15:52 11.02.2025

"Onu bağışlamaq olarmı?"nın "Sevdası"nın faciəli həyatı

"1959-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Onu bağışlamaq olarmı?" filminin ssenarisi Mehdi Məmmədovun "Bahar" pyesinin əsasında yazılıb. Rejissor Rza Təhmasibin çəkdiyi filmdə cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyətindən və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir".
 
Qaynarinfo xəbər verir ki, bunu dosent Zaur Əliyev yazıb.

Onun sözlərinə görə, filmdə erməni mənşəli Sovet kinoaktyoru Qurgen Ovanesoviç Tonunts Tərlan və Sovet kinoaktrisası Manana Abuyeva isə Sevda rolunu oynayıblar:

"1944-cü ildə anadan olan aktrisa "Gün çıxmazdan əvvəl"  filmində Xonar, "Səhər" filmində Suzanna, "Onu bağışlamaq olarmı?" filmində Sevda rolu ilə yaddaşlarda qalıb. Gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır.

Filmə baxan tamaşaçılardan biri ona dəlicəsinə vurulur. Ona müxtəlif hədiyyələr göndərən şəxs dəfələrlə Manana xanıma evlilik təklifi göndərsə də, aktrisa ona imtina edir. Manyakcasına onu izləyən şəxs xəbər göndərir ki, əgər onunla evlənməsə, onu öldürəcək. Sözünü də tutur. Manana Abuiyeva evə gedən zaman sürətlə maşını aktriasının  üzərinə sürərək onun öldürür".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->