Xəbər lenti

Sənət 15:34 04.03.2024

“Oskar 2024”ün 10 əsas filmi

Martın 10-da ABŞ Kino Akademiyasının 96-cı mükafatlandırma mərasimi keçiriləcək. Mükafatlar Los-Ancelesdə "Dolby Theatre”da təqdim olunacaq. Mərasimi dördüncü dəfə amerikalı komediyaçı və teleaparıcı Cimmi Kimmel aparacaq. 

Qaynarinfo bu il ən çox Oskar mükafatı üçün yarışan əsas filmlər barədə məlumatı təqdim edir. 

"Oppenheimer", 13 nominasiya
Rejissor: Kristofer Nolan
Rollarda: Killian Mörfi, Emili Blant, Mett Deymon, kiçik Robert Dauni, Florens Pyu
Ölkə: ABŞ, Böyük Britaniya
Gəlir: 958 milyon dollar
Büdcə: 100 milyon dollar
IMDb reytinqi: 8.4

"Bədbəxtlər”, 11 nominasiya
Rejissor: Yorqos Lantimos
Rollarda: Emma Stoun, Uillem Defo, Mark Ruffalo, Rami Yussef, Hanna Şiqulla
Ölkə: İrlandiya, Böyük Britaniya, ABŞ, Macarıstan
Gəlir: 100 milyon dollar
Büdcə: 35 milyon dollar
IMDb reytinqi: 8.3

"Çiçəkli Ayın qatilləri”, 10 nominasiya
Rejissor: Martin Skorsese
Rollarda: Leonardo DiKaprio, Robert De Niro, Lili Qladstoun, Cessi  Plemons, Tantu Kardinal, Con Litqou, Brendan Freyzer
Ölkə: ABŞ
Gəlir: 157 milyon dollar
Büdcə: 200 milyon dollar
IMDb reytinqi: 7.7

"Barbi", 8 nominasiya
Rejissor: Qreta Qerviq
Rollarda: Marqo Robbi, Rayan Qoslinq, Amerika Ferrera, Ariana Qrinblat, Keyt MakKinnon, Issa Rey, Uill Ferrell
Ölkə: ABŞ, Böyük Britaniya
Gəlir: 1.446 milyon dollar
Büdcə: 100 milyon dollar
IMDb reytinqi: 6.9

"Maestro”, 7 nominasiya
Rejissor: Bredli Kuper
Rollarda: Bradli Kuper, Kerri Malliqan, Matt Bomer, Vinçenzo Amato, Qreq Hildreh, Maykl Yuri, Brayan Klaqman
Ölkə: ABŞ
Gəlir: 0,4 milyon dollar
Büdcə: 80 milyon dollar.
IMDb reytinqi: 6.6

"Amerikan uydurması", 5 nominasiya
Rejissor: Kord Cefferson
Rollarda: Ceffri Rayt, Erika Aleksandr, Sterlinq K. Braun, Lesli Aqqams, Con Ortiz, Mira Lukresiya Teylor
Ölkə: ABŞ
Gəlir: 22 milyon dollar
Büdcə: 10 milyon dollar
IMDb reytinqi: 7.6

"Yıxılmanın anatomiyası", 5 nominasiya
Rejissor: Jüstin Trie
Rollarda: Sandra Hüller, Svann Arlo, Milo Maşado Qraner, Antuan Raynarts, Samuel Teys, Cenni Bet
Ölkə: Fransa
Gəlir: 30 milyon dollar
Büdcə: 6 milyon dollar
IMDb reytinqi: 7.8

"Tərk edilmişlər", 5 nominasiya
Rejissor: Alesandr Peyn
Rollarda: Pol Camatti, Dominik Sessa, Davan Coy Randolf, Cerri Preston, Breydi Hepner, İen Dolli
Ölkə: ABŞ
Gəlir: 43 milyon dollar
Büdcə: 30 milyon dollardan az
IMDb reytinqi: 8.0

"Maraq zonası”, 5 nominasiya
Rejissor: Conatan Qleyzer
Rollarda: Kristian Fridel, Sandra Hüller, İoqan Karthaus, Luis Noa Vitte
Ölkə: ABŞ, Böyük Britaniya, Polşa
Gəlir: 19 milyon dollar
Büdcə: 15 milyon dollar
IMDb reytinqi: 7.6


"Keçmiş həyatlar”, 2 nominasiya
Rejissor: Selin Son
Rollarda: Qreta Li, Teo Yu, Con Maqaro, Mun Sın-a, Lim Sın-mi
Ölkə: ABŞ
Gəlir: 28 milyon dollar
Büdcə: 12 milyon dollar
IMDb reytinqi: 7.9

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->