Xəbər lenti

Maqazin 15:17 23.11.2023

Oskar mükafatı laureatı təcavüzdə ittiham olunur

Hollivud aktyoru Ceymi Foks təcavüz ittihamı ilə məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" telekanalı zərərçəkmişin iddiasına istinadən yazır.

İddiaçının sözlərinə görə, hadisə 2015-ci il avqustun 27-nə keçən gecə qızın dostu ilə oturduğu restoranda baş verib. Sonuncu Ceymi Foksun stolun qarşısında oturduğunu görüb və ondan onlarla şəkil çəkdirməsini istəyib, aktyor buna razılaşıb. İddiaçı iddia edir ki, bundan sonra Foks ona bir neçə dəfə iltifat edib, sonra onu tənha bir yerə sürükləyib.

İddia ərizəsində bildirilir ki, aktyorun hərəkətləri ona "fiziki və mənəvi xəsarət, narahatlıq, əzab, utanc və iqtisadi itki" verib. Bununla əlaqədar olaraq, qız məhkəmədə Foksdan təzminat tələb edir.

Ceymi Foks "Şüa", "Girov", "Qanuna tabe olan vətəndaş", "Zəncirsiz Djanqo" və bir sıra digər filmləri ilə tanınır. 2005-ci ildə Rey Çarlz roluna görə Oskar qazanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->