Dünya 10:44 13.02.2023

Pakistan Kiyevə “Qrad” üçün 10 min mərmi verdi - "The Economic Times"

Pakistan Ukraynaya 10 mindən çox 122 mm-lik "Qrad” reaktiv yaylım atəşi sistemi (MLRS) mərmiləri göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Economic Times” mənbələrinə istinadən yazıb.

Mənbələrin məlumatına görə, raketlər fevral ayında Karaçi limanından daşınıb. Onlar Almaniyanın şimal-qərb hissəsində yerləşən Emden limanı vasitəsilə Ukraynaya gəlməlidir.

Nəşr qeyd edir ki, bu, Pakistanın Ukraynaya mərmi göndərdiyi ilk hadisə deyil. Bundan əvvəl xəbərlər yayılmışdı ki, yanvar ayında ölkə Kiyevə 50 min artilleriya sursatının daha bir partiyasını təhvil verib və bu, əsasən üçüncü ölkələr vasitəsilə tədarük edilib. Qəzetin məlumatına görə, çatdırılmalar Polşanın Qdansk limanı vasitəsilə həyata keçirilir.

Alpər