Siyasət 11:50 19.03.2024

Partiyaların maliyyə hesabatı şəffafdırmı? (AÇIQLAMA)

"Partiyaların maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının saytında detallı şəkildə yerləşdirilməlidir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında REAL Partiyasının İcra Aparatının rəhbər Natiq Cəfərli partiyaların maliyyə hesabatlarından danışarkən deyib.

Onun sözlərinə görə, bu qanun Azərbaycanda fəaliyyət göstərən və eyni zamanda qeydiyyatdan keçən bütün partiyalara aiddir:

"Qeydiyyatdan keçən bütün partiyalar Mərkəzi Seçki Komissiyasına bu hesabatı təqdim etməlidir". 

Qeyd edək ki, siyasi partiyalar aprel ayının 1-ə kimi ötən il üzrə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. 

Bahar Rüstəmli