Dünya 15:05 20.05.2022

Paşinyan baş verə biləcək hadisələr barədə ətraflı məlumat tələb etdi

Nikol Paşinyan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüş keçirib. 

Qaynarinfo xəbər verir ki, o, küçə etirazlarının gedişi, bu mənada operativ vəziyyət və baş verə biləcək hadisələr barədə ətraflı məlumat tələb edib, vəziyyətin nə dərəcədə idarə oluna biləcəyini, qüvvələrin kifayət qədər olub-olmadığını soruşub. 

Məlumata görə, təhlükəsizlik qüvvələri hazırda vəziyyətin nəzarət altında olduğunu, lakin hər an güclərin yetərli olmaya və vəziyyətin nəzarətdən çıxa biləcəyini bildirib.

Onlar etirazçılar arasında siyasi cəhətdən neytral, heç bir siyasi dairəyə mənsub olmayan şəxslərin sayının artmasından xüsusi narahatqlarını bildiriblər. Deyilib ki, aksiyalarda tələbə fəallığı nəzərə çarpır, mitinq və yürüşlərdə gənclərin sayı artır və bu, bumeranq effekti yarada bilər. 

Hüquq-mühafizə orqanlarının rəhbərləri öz qurumlarında, xüsusən də polis şöbəsində artıq narazılığın yetişdiyini, əsəblərin gərginləşdiyini, polisin öz xidməti vəzifələrini yerinə yetirmək üçün pis əhval-ruhiyyədə olduğunu bildiriblər.

Vəziyyəti yumşaltmaq üçün sistem əməkdaşlarının, xüsusən də komanda heyətinin əməkdaşlara xüsusi sədaqətlə xidmət etməyə həvəsləndirilməsi variantları müzakirə edilib. Yeri gəlmişkən, dünən polisin mükafat alacağı ilə bağlı məlumatlar yayılıb.

Telman