
"Paşinyan təslim olmağa qorxur”.
BunuQaynarinfo-ya açıqlmasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Paşinyanı qorxudan səbəblər var:
"Təslim olmaq o deməkdir ki, hakimiyyətini itirəcək. Onu cəmiyyət mühakimə edəcək. Cəmiyyət onun üstünə gedəcək, soruşacaq ki, əgər təslim olacaqdınsa, niyə savaşı bu qədər uzadırdın? Bu qədər gəncimizi itirirdik? Təslim olmağa ehtiyat edir. Fiziki olaraq onu yox edərlər”.
Politoloq qeyd edib ki, Ermənistanda hər gün itkilərin sayı artmaqdadır:
"Buna görə, erməni cəmiyyəti qarşısında cavab verməli olacaq. Paşinyan onsuz da sonda təslim olacaq. Özü də biabırçı şəkidə təslim olacaq. Amma indi istəmir. Yalnış olaraq düşünürlər ki, guya müqavimət göstərə, itirdiklərini bərpa edə bilərlər. Halbuki Şuşa ətrafında döyüşlər gedir, Laçın yolunda isə nəzarəti itiriblər”.
Bahar Rüstəmli