Dünya 11:31 26.09.2023

Paşinyan Ermənistanda Rusiya Evi və başqa RF mərkəzlərini bağlayır?

"Rossotrudniçestvo” (Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentlik. Rusiya Federasiyasının federal icra hakimiyyəti orqanıdır. – Qaynarinfo.) ümid edir ki, Ermənistan rəhbərliyi ölkədə Rusiya mərkəzlərinin mövcudluğunu saxlamaq üçün kifayət qədər tədbirli olacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti agentliyinə "Rossotrudniçestvo” rəhbərinin müavini Pavel Şevtsov məlumat verib.

"Mən həqiqətən ümid edirəm ki, Ermənistan rəhbərliyinin "Rossotrudniçestvo” mərkəzlərinin mövcudluğunu saxlamaq üçün kifayət qədər ehtiyatlılığı olacaq", - Şevtsov Ermənistanda Rusiya Evinin işinin dondurulması riskinin olub-olmaması ilə bağlı suala cavab verib.

O əlavə edib ki, Ermənistan və Rusiyada ölkələr arasında humanitar əlaqələrin inkişafında maraqlı olan çoxlu sayda insan var.

"Biz bu fəaliyyətdən uzaqlaşmaq fikrində deyilik. Gələn il üçün inkişaf planımız var. Ümid edirik ki, ümumi vəziyyət mərkəzimizin fəaliyyətinə təsir etməyəcək".
Şevtsovun dediyi kimi, Ermənistandakı etirazlar ölkədəki Rus Evinin işinə təsir göstərmir və mərkəzin ətrafında heç bir qanunsuz aksiya baş vermir.
"Qlobal miqyasda vəziyyət "Rossotrudniçestvo” mərkəzinin işinə təsir göstərmir, ona görə ki, mərkəzin ətrafında qanunsuz hərəkətlər baş vermir”, - "Rossotrudniçestvo” rəhbərinin müavini bildirib.

O əlavə edib ki, etirazlara görə "Rossotrudniçestvo” Ermənistanda Rusiya universitetlərinin tədris sərgisini təxirə salmağa məcbur olub.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair mətbuat konfransı zamanı deyib ki, Ermənistanda Rusiyanın nüfuzunu zəiflətməyə çalışan qeyri-hökumət təşkilatlarının güclü lobbisi var. 

Alpər