Xəbər lenti

PKK Öcalanın çağırışına əməl edəcəkmi? (ŞƏRH)
Dünya 14:22 28.02.2025

PKK Öcalanın çağırışına əməl edəcəkmi? (ŞƏRH)

"PKK və onun qollarının silahı yerə qoyması baş tutarsa, regionda əmin-amanlıq yaranacaq. Suriyada, İraqda sakitlik olacaq. Türkiyənin özündə terrot təhlükəsi demək olar ki, yoxa çıxacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın tərəfdaşlarına etdiyi silahı yerə qoymaq çağırışını şərh edərkən deyib.

Lakin bu halda belə ekspertin fikrincə, kürd dövlətini yaratmaq ideyası gündəmdən çıxmayacaq: "Bu ideyadan imtina ediləcəyini düşünmürəm".



Həmsöhbətimiz bu məsələdə o qədər də optimist deyil. Belə ki o, PKK-nın silahı tam olaraq yerə qoyacağına inanmır:

"Öcalan illərdir ki, içəridədir və o, demirəm bilmir, amma gerçək vəziyyətdən bir o qədər xəbərdar olmaya da bilər. Hazırda terror təşkilatına rəhbərlik edənlərin öz məqsədləri var. Bir çox hallarda da onlar öz şəxsi maraqlarını üstün tutaraq, millətlərini, xalqlarını düşünmür. Şəxsi maraqlar silahı yerə qoymaqla üst-üstə düşərsə, bəlkə də müəyyən müddət sakitləşərlər. Amma uyğun gəlməyəcəksə, sakitləşməyəcəklər. Çünki bir çox hallarda çox şey onların özlərindən deyil, silahlandıranlardan asılıdır. PKK-nı konkret olaraq kim silahlandırdığını deyə bilmərəm. Lakin onları silahlandıranların maraqları sülhə tərəfdirsə, onda Öcalanın sözünə baxaraq silahı yerə qoyacaqlar. Əks halda, deməli, Öcalan sadəcə çağırış edir".

Qeyd edək ki, PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib. Bəyanat türk və kürd dillərində oxunub. Öcalan çağırışında "silahı buraxın” deyib: 

"Demokratik cəmiyyətə ehtiyac qaçılmazdır. Cümhuriyyət tarixinin ən uzun və ən əhatəli üsyan və hərəkatı olan PKK-nın güc və dəstək tapmasının səbəbi demokratik siyasi kanalların bağlanması idi. Mən tərksilah olmağa çağırıram. Bütün qruplar silahı yerə qoymalı və PKK ləğv olunmalıdır. Bu çağırışa görə məsuliyyəti üzərimə götürürəm".

Xatırladaq ki, daha öncə İtaliya mətbuatı PKK terror təşkilatının lideri Abdullah Öcalanın fevralda bəyanat yayacağı barədə məlumat yaymışdı. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->