Dünya 19:00 27.02.2023

Polis Peterburqda 200-ə yaxın yeniyetməni saxladı: Onların skinhed olduğu deyilir

Sankt-Peterburqun "Gallery" ticarət mərkəzində kütləvi davadan sonra polis 200-ə yaxın azyaşlı və yeniyetməni saxlayıb.

Həmin ərəfədə ticarət mərkəzində xüsusi təyinatlıların reydi olub. Şahidlərin sözlərinə görə, polis yeniyetmələrin kütləvi davasına görə gəlib. 13-19 yaş arası 200-ə yaxın gənc saxlanılıb. Valideynlər həyəcan təbili çalıblar, çünki heç kim saxlanmaların səbəbini açıqlamayıb

Qaynarinfo Sankt-Peterburq telekanalına istinadla xəbər verir ki, bəzi yeniyetmələr dayanacaqda, bəziləri "ticarət mərkəzini gəzərkən”, digərləri isə "arxa otaqda” saxlanılıb.

Bazar günü saat 15:15-də polisə Qalereyanın dördüncü mərtəbəsində 70-ə yaxın insanın toplaşdığı barədə məlumat daxil olub. Şikayətçi onları "skinhed” hesab etdiyini deyib.

Ehtimallara görə, saxlanılanlardan bəziləri "Hunter X Hunter” animesi əsasında yaradılmış "ÇVK Redan” subkulturasına aiddir. Yeniyetmələr üstündə hörümçək şəkli və "4” rəqəmi olan dama-dama şalvar və paltarda gəzirlər.

ÇVK abbreviaturası "özəl hərbi kampaniya" deməkdir. Yeniyetmələrin dediyinə görə, onlar bu adı zarafat kimi qəbul ediblər.

Alpər