Xəbər lenti

Pompeo: “ABŞ-da Süleymani ilə bağlı dəqiq məlumatlar yox idi...”
Dünya06:45 10.01.2020

Pompeo: “ABŞ-da Süleymani ilə bağlı dəqiq məlumatlar yox idi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) elit bölməsinin rəhbəri, general Qasım Süleymani bir sıra hücumlar hazırlayırdı, amma bu haqda Vaşinqtonda konkret məlumat yox idi. 
Qaynarinfo "Fox News”a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo məlumat verib.
Pompeonun sözlərinə görə, təhlükə real olub:
"Heç şübhəsiz Qasım Suleimani bir sıra hücumlar hazırlayırdı. Dəqiq nə vaxt və harada olacağını bilmirik, amma bu, gerçək idi".
Pompeo ötən il Süleymani ilə əlaqəli qüvvələrin İraqdakı diplomatik nümayəndəliyə hücum etdiyini xatırladıb.
Alpər