Xəbər lenti

“Prezident bu müharibədə həm də birləşdirici rol oynadı" - Musa Musayev
Siyasət12:58 06.11.2022

“Prezident bu müharibədə həm də birləşdirici rol oynadı" - Musa Musayev

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"44 günlük savaşda qazanılan qələbə Azərbaycanın qürurunun geri qaytarılması idi. Bu qələbədə Prezidentin, Azərbaycan Ordusunun və bütövlükdə xalqın böyük rolu var”. 
Bu sözləri Qaynarinfo-ya keçmiş icra başçısı Musa Musayev 44 günlük Qarabağ müharibəsindəki əldə olunan qələbədən danışarkən bildirib.
Musa Musayev qeyd edib ki, müharibə ərəfəsində iqtidarlı-müxalifətli hər kəs Prezident İlham Əliyevin birləşdi:
"Prezident həm də bu müharibədə birləşdirici rol oynadı. Azərbaycan Ordusuna hücum əmri verməklə həm torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, həm də milli birliyə nail oldu. Məhz onun bu siyasəti nəticəsində biz qısa müddətdə torpaqlarımızı işğaldan azad edə bildik. Bu gün Şuşada, Laçında, Kəlbəcərdə, Qubadlıda, Füzulidə, Cəbrayılda, Ağdamda, Hadrutda Azərbaycan bayrağı dalğalanır. İndi Qarabağda əsas söz sahibi Azərbaycandır”.
Keçmiş icra başçısı əlavə edib ki, Azərbaycan bu qələbə ilə dünyaya güclü xalq olduğunu nümayiş etdirib:
"Bayaq dediyim kimi, bu qələbə bizim qürurumuzu geri qaytardı və biz göstərdik ki, güclü xalqıq. Qürurumuz uğrunda canımızı verərik. Bu böyük qələbədir. 
Azərbaycan həm də bu müharibə ilə göstərdi ki, Ermənistanda fərqli olaraq o yalnız torpaqlarını işğaldan azad etmək istəyir. Ermənilər kimi etnik təmizləmə aparmır. Müharibə vaxtı dəfələrlə Qarabağda yaşayan ermənilərə müraciət edildi ki, hədəf mülki vətəndaşlar deyil. Ermənistan müharibə vaxtı konflikt zonasında kənara - Bərdəyə, Gəncəyə raket atdı. Mülki vətəndaşları, mülki obyektləri hədəfə aldı. Amma Azərbaycan bircə dəfə də mülki vətəndaşlara qarşı belə bir addım atmadı”.
Aydın