"44 gunlük vətən savaşında Ali Baş Komandan vəzifəsinə yaraşanı etdi. Siyasi hakimiyyət, siyasi sistem, ordu və xalq vəhdətini qurmağı bacara bildi”.
Bunu Qaynarinfo-ya açıqlamasında Haqq və Ədalət Partiyasınnın (HƏP) Ali Məclis sədri Zəlimxan Məmmədli Vətən müharibəsində Prezident İlham Əliyevinin həyata keçirdiyi siyasətin əhəmiyyətini şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev müharibə dövründə xalqla səmimi oldu, onun ruhuna uyğun davrandı:
"Azərbaycan Vətən müharibəsində yumruq kimi birləşdi. Təbii ki, belə davranış qələbə vəd edirdi, o da oldu. İndiki zamanda da sınaqdan çəxmış birlik formulunun tətbiqinə ehtiyac duyulur. Zəfər günu münasibətilə xalqımızı təbrik edir, suverenliyimizin və bütövlüyümüzün tam təmini yolunda uğurlar arzulayıram”.
Bahar