
Özbəkistanın BMT-dəki daimi nümayəndəsi, prezidentin qızı Gülnarə Kərimovanın adı səfirlər siyahısından çıxarılıb.
Anspress.com-un məlumatına görə, Özbəkistanın Xarici İşlər Nazirliyinin rəsmi saytında yer alan məlumatda Özbəkistanın BMT-dəki və digər beynəlxalq təşkilatlardakı nümayəndəsi yeri hələki boşdur.
Yerli mətbuat G.Kərimovanın nə vaxt səfir postundan geri çağrıldığının açıqlanmadığını yazıb. Amerikanın "Nyu York Times" qəzeti də prezidentin qızının bu vəzifədən getməsinin onun öz evində daha böyük vəzifəyə gətirilə biləcəyi ilə bağlı olacağını istisna etməyib.
Lakin, Özbəkistanın BMT-də - Cenevrədəki nümayəndə heyəti bu xəbəri təkzib edib.
"Bu məlumat həqiqəti əks etdirmir. Gülnarə xanım indi də ölkənin nümayəndəsidir".
Bəzi məlumatlara görə, pop-diva, dizayner və diplomat Gülnarə Kərimova öz atasından dövlət idarəçiliyini qəbul etməyə hazırlaşır.
Qeyd edək ki, ölkə prezidenti İslam Kərimovun mart ayının 19-da infarkt keçirdiyi və həkim nəzarətində olduğu bildirilir.
Qaynar.info