"Qara maskalar ancaq cərrahi maskanın üstünə bəzək olaraq taxıla bilər. Bu maskalar qorunmaq üçün uyğun deyil".
Qaynarinfo xəbər verir ki, bu sözləri Ege Universiteti Tibb Fakültəsi Xəstəxanası Yoluxucu Xəstəliklər şöbəsinin professoru doktor Hüsnü Pullukçu yuyulduğu üçün bir çox insanın üstünlük verdiyi qara maskalardan danışarkən deyib və xəbərdarlıq edib.
Coronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində bəzi şirkətlərin və şəxslərin "nano maska" adlandırdıqları və poliester parça istifadə edərək istehsal etdikləri qara maskalar vətəndaşlar tərəfindən geniş istifadə olunur.
Bununla birlikdə mütəxəssislərin əksəriyyəti bu maskaların Coronavirusa qarşı qoruyucu təsiri olmadığıyla bağlı xəbərdarlıq edib. Hüsnü Pullukçu da epidemiya əleyhinə geniş istifadə olunan və "yuyula bilən" kimi satışa təqdim edilən bu maskaların istifadəsinin qoruyucu olmadığını da vurğulayıb. Ümumiyyətlə, internetdə satılan, yuyula bilən, nano texnologiyasıyla istehsal olunduğu bildirilərək satılan qara maskaların istifadə baxımından heç bir faydası olmadığını vurğulayan Pullukçu deyib:
"Nano maska kimi satılan bu qara maskalar taxıldığı zaman burnunuza oturmurlar. Burnunuzun yuxarı hissələri tamamilə boş qalır. Bundan başqa tez nəfəs aldığınız zaman bu maskanın ağzınıza və burnunuza yapışdığını da görəcəksiniz. Bundan əlavə, əlinizlə nəfəsinizi yoxlasanız maskadan isti hava gəlməməlidir, ancaq bu maskadan gələn nəfənizin isti olduğunu aydın hiss edə bilərsiniz. Yoxladığımız zaman görəcəyik ki, bu maskadan damcılar asanlıqla keçir. Bu da damcıların həm də içəri girə bilməsi deməkdir. Bu maska ancaq bir bəzək kimi cərrahi maskanın üstündən taxıla bilər”.
Alpər