
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, hər iki dövlət başçısı Hələbdə baş verən hadisələr də daxil olmaqla, Suriyadakı son vəziyyəti müzakirə ediblər.
Hələbdəki təxliyə işlərinin diqqət mərkəzində olduğu danışıqlarda müxalifət rəsmilərinin Əsəd təmsilçiləri ilə görüşdürülməsi də müzakirə mövzusu olub.
Vladimir Putin Kayseridə baş vermiş terror aktında ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib.
Qaynarinfo.Az