Xəbər lenti

Putin Ukraynanı parçalamaq istəyirdi, ancaq onu birləşdirdi - Tanınmış rus artist
Dünya13:47 26.02.2022

Putin Ukraynanı parçalamaq istəyirdi, ancaq onu birləşdirdi - Tanınmış rus artist

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyalı artist rəssam, "Zaman maşını” qrupunun rəhbəri Andrey Makareviç fevralın 24-də Rusiya Federasiyasının hücumuna məruz qalan Ukraynaya növbəti dəfə dəstək verib.
Qaynarinfo bu haqda Unian-a istinadla xəbər verir. 
Makareviçin fikrincə, işğalçı ölkənin prezidenti Vladimir Putin Ukraynanı parçalamağa çalışsa da, bacardığı yeganə şey Ukrayna xalqını birləşdirmək olub.
Xatırladaq ki, dünən Andrey Makareviç Rusiya Federasiyasının başlatdığı müharibəni dayandırmaq xahişi ilə ruslara müraciət etmişdi.
"Ukraynada demək olar ki, hər bir rusun ya dostu, heç olmasa bir tanışı, ya qohumu var. İndi də onlara atəş açırıq. Nə baş verir? Dərhal bu dəliliyi dayandırın. Bütün gücünüzlə", - o deyib.
Alpər