Dünya 17:30 02.08.2022

Putin və Ərdoğan Soçidə Suriya, Ukrayna və taxıl məsələsini müzakirə edəcəklər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan cümə günü Soçidə görüş keçirəcək. Görüşdə Suriya, Ukrayna, eləcə də taxıl ixracı ilə bağlı məsələləri müzakirə ediləcək.
 
Qaynarinfo xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Cümə günü Türkiyə prezidenti Ərdoğanın işgüzar səfəri olacaq, iki prezident arasında Soçidə danışıqlar olacaq... Türkiyə prezidenti ilə danışıqlar ikitərəfli əməkdaşlığa həsr olunacaq. Bu iqtisadiyyatdır, regional problemlərin müzakirəsidir, bu Suriyadır, bu Ukraynadır və Ukrayna limanlarından taxıl ixracı üçün bu mexanizmin effektivliyi, onun nə dərəcədə səmərəli işlədiyini görmək, "saatları sinxronlaşdırmaq", həm də dünya məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir”, - Peskov bildirib.

BMT dəfələrlə taxıl qıtlığı səbəbindən ərzaq böhranı təhlükəsini bəyan edib, Qərb Rusiyanı dünya bazarlarına Ukrayna taxılının tədarükünə qarşı çıxmaqda ittiham edib, Moskva bu cür ittihamları qəti şəkildə rədd edib.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Ukraynadan taxıl ixracına mane olmur, Kiyev limanlarını minalardan təmizləsə, taxıl daşıyan gəmilər problemsiz yola düşə biləcək.
 
Alpər