Xəbər lenti

Qapıçı məşqçilərindən Şahruddinə məsləhət: “Buraxdığı səhvlərin 95 faizi…”
İdman 13:00 20.02.2024

Qapıçı məşqçilərindən Şahruddinə məsləhət: “Buraxdığı səhvlərin 95 faizi…”

Millimizin qapıçısı Şahruddin Məhəmmədəliyevin "Adana Demirspor”da buraxdığı kobud səhvlə bağlı hələ də reaksiyalar gəlməkdədir.
 
Azərbaycanda oynadığı dönəmdə buraxdığı səhvləri Türkiyədə də təkrarlayan millimizin üzvü, belə görünür, "ənənəsini” pozmaq fikrində deyil. Bəs bu halda nə etməlidir? Ümumiyyətlə, onun problemləri nədir?

Bu barədə qapıçı məşqçiləri Qaynarinfo-ya açıqlama verib. Onlar Şahruddinin ən çox nədə səhvə yol verdiyini söyləməklə yanaşı, ona məsləhətlərini də çatdırıb: 

Kamil Qafarov
 


"Şahruddini tənqid edirlər. Ancaq mənim ondan çox xoşum gəlir. Onun problemi qərar səhvləridir. "Qarabağ”da bir dəfə səhv buraxmışdı. Yerə dəyən top qucağından çıxıb qapıya girdi. Bu, texniki səhvdir, hamının, dünya səviyyəli qapımçıların da başına gəlir. Çıxışda topa səhv oynadığı oyunu xatırlayırsınız yəqin ki. Bax bu qərar səhvidir. Düzgün qərar verməmişdi. Oyunun sonuncu dəqiqələrində sənin orada nə işin var? Qərarlarla bağlı səhvlərini düzəltsə, sizə deyim ki, Şahruddin elə legioner həyatı yaşamalı qapıçıdır. Bu adamın buraxdığı səhvlərin 95 faizi verdiyi qərarlarla bağlıdır. Bu da mental keyfiyyətdən irəli gəlir. Məşqçiləri bunun üzərində işləməlidir. Çox risklərə yol verir, bu da başına bəla olur. İki dəfə səhv buraxırsansa, üçüncü dəfə eləmə”.

Nadir Şükürov
 
 

"Şahruddin qapıçı kimi, millidə və "Qarabağ”da özünü yaxşı tərəfdən göstərib. Sonuncu oyunda buraxdığı səhvlərə hələ "Qarabağ”ın heyətində Avroliqada oynayanda da yol verirdi. Belə başa düşürəm ki, Şahruddinin problemi qərar səhvidir. Səhvini düzəltməlidir. Şahruddin ayaqla oynamağı, arxadan oyun qurmağı çox xoşlayır. Qərarlarında səhvlərə yol verir. Ayaqla oynamağı xoşlayırsa, məşqlərdə bu yöndə işləməlidir. Futbolda yeniliklər var. Əvvəl arxaya ötürmə olanda, qapıçı bir toxunuşla topu irəli vururdu. İndi futbol müasirləşib, baxırsan ki, bəzi qapıçılar həm də müdafiəçi kimi istifadə olunur. Fikrimcə, onun heç bir psixoloji pozuntusu yoxdur. Bir-iki səhvə görə qapıçının üzərindən xətt çəkmək olmaz. Milliyə də, "Qarabağ”a da çox kömək edib. Doğrudan da, eyni səhvlərə yol verib. Bundan sonra komandada ona deməlidirlər ki, ayaqla oynama, top gələndə bir toxunuşla ötür irəli, müdafiəçilərə vermə (gülür). Qərar səhvləridir, başqa problemi yoxdur”.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->