Xəbər lenti

Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
Dünya 23:18 20.03.2024

Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir

Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul özünün "Telegram" kanalında Moldova prezidenti Maya Sandudan ictimaiyyət qarşısında üzr istəməsini tələb etdiyini bildirib.

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, Qaqauziyanın yüksək vəzifəli şəxslərinə qarşı təhqirlər və ittihamlar Maya Sandunun ictimai çıxışlarının ayrılmaz elementinə çevrilib.

"Bu gün mən vətəndaş Sanduya qarşı şərəf və ləyaqətin alçaldılması ilə bağlı ilkin ərizə verdim. Biz ictimai üzr istəməyi və təkzib etməyi tələb edirik", deyə Qutsul yazıb.

Onun sözlərinə görə, Sandu hücumlarının məqsədi "qaqauz xalqının öz taleyini müstəqil həll etmək hüququnu" şübhə altına almaqdır.

Qutsul bir gün əvvəl bildirib ki, dövlət başçısı onu muxtariyyətə qeyri-qanuni rəhbərlik etməkdə və cinayətkar qruplaşmanın maraqlarını təmsil etməkdə ittiham etdikdən sonra vəkilləri Maya Sanduya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi üçün iddia hazırlayırlar. O qeyd edib ki, Qaqauziyada keçirilən seçkilər qanuni olub və Moldova hakimiyyəti səsvermənin nəticələrinə etiraz etməyib. Qutsul əlavə edib ki, o, yerli əhalinin maraqlarını təmsil edir.

Bundan əvvəl Maya Sandu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulu nazir təyin etməkdən imtina edib. O, qərarını Qutsulun "Şor cinayətkar qruplaşması"nda işləməsi və ölkəsinə qarşı bəyanatlar verməsi ilə əlaqələndirib. Qanuna görə, Qaqauz muxtariyyətinin rəhbəri avtomatik olaraq Moldova hökumətinin üzvü təyin olunmalıdır.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->