Xəbər lenti

Qarabağda Rusiya sülhməramlılarının rəhbəri Muradov kimdir? (DOSYE)
Siyasət12:00 11.11.2020

Qarabağda Rusiya sülhməramlılarının rəhbəri Muradov kimdir? (DOSYE)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.
1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonunda, Çinar kəndində anadan olub.
Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.
Modern.az -ın araşdırmasına görə, Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.
2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.
Onun ailəli olduğu, 2 qız və 2 övlad atası olması məlumdur.