Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda Portuqaliyada qələbə qazanıb. Ağdam təmsilçisi "Benfika" ilə matçın əvvəlində iki qol buraxsa da, daha sonra üç dəfə fərqlənərək 3:2 hesablı qələbəyə sevinib.
Qaynarinfo xəbər verir ki, bu qələbə sayəsində "Qarabağ" 3 xalla yanaşı, 2,1 milyon avro (4,24 milyon manat) mükafat qazanıb.
Bu, UEFA-nın qitənin bir nömrəli klub turnirinin əsas mərhələsində qazanılan hər qələbəyə görə verilən mükafatdır. Heç-heçəyə görə komandalara 700 min avro (1,42 milyon manat) ödənilir.
Şərhlər