İdman 15:24 09.02.2024

“Qarabağ” - “Braqa” oyununun biletlərinin qiymətləri açıqlandı

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ” - "Braqa” oyununun biletləri satışa çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. 

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün isə biletlərin qiyməti 300 manatdır.

Biletlərin satış məntəqələri aşaıdakılardır.

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
Park Bulvardakı "Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Heydər Əliyev sarayının kassaları;
"Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Səbuhi Həsənov