İdman 15:59 22.09.2022

"Qarabağ"ın futbolçusu Avropanın ən çox top "oğrulayanları" sırasında

"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Avropa Liqasının qrup mərhələsinin oyunlarında ən çox top "oğurlayan" futbolçuların siyahısında yer alıb.

Qaynarinfo xəbər verir ki, bu barədə yarışın rəsmi feysbuk səhifəsində məlumat yerləşdirilib. 25 yaşlı müdafiəçi 2 görüş ərzində rəqiblərində 8 dəfə top "oğurlamağa" nail olub. Mustafazadə bu göstəriciyə görə 3-5-ci yerləri bölüşdürür.

İlk sırada "köhlən atlar"ın qrupdakı rəqibi Fransa "Nant"ında çıxış edən Nikolya Pallua (12) qərarlaşıb. Macarıstan "Ferentsvaroş"undan Sami Mmae (11) 2-ci pillədədir. Bəhlulla eyni sayda top qazanan digər iki futbolçu isə AEK-dən Hrvoye Miliçeviç, və Belçika klubu "Union SG"dən Kristian Burgessdir.

Avroliqanın qrup mərhələsinin ilk qarşlşamasında Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan "Qarabağ" ikinci turda Bakıda "Nant"ı 3 cavabsız qolla məğlub edib.
 
 
Səbuhi Həsənov