İdman 15:25 21.09.2022

"Qarabağ"ın rəqibi yeni baş məşqçisinin adını açıqladı

Avroliqanın qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Yunanıstanın "Olimpiakos"unun yeni baş məşqçisi müəyyənləşib.
 
Qaynarinfo xəbər verir ki, klub spaniyalı Miçel Qonsalesə anlaşdığını açıqlayıb. Pirey təmsilçisi 59 yaşlı mütəxəssisin müqaviləsinin detalları ilə bağlı hələlik məlumat verməyib.

Miçel Qonsales 1982 - 1996-cı illərdə ölkəsində "Real"ın formasını geyinib. Sonuncu dəfə "Xetafe"nin sükanı arxasında olan baş məşqçi, 2013 - 2015-ci illərdə də "Olimpiakos"u çalışdırıb.

"Qarabağ" oktyabrın 6-da yunan klubu ilə səfərdə, ayın 13-də isə Bakıda qarşılaşacaq.
 
Səbuhi Həsənov