Xəbər lenti

İdman 12:04 19.09.2023

"Qarabağ" - "Mölde" matçının hakimləri müəyyənləşdi

Avroliqanın qrup mərhələsində çıxış edən "Qarabağ"ın "Mölde” (Norveç) ilə keçirəcəyi oyununun hakimləri müəyyənləşib. 

Qaynarinfo-nun məlumatına görə, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Sentyabrın 21-də "Tofiq Bəhramov"da baş tutacaq matçı Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.
 
Baş hakim Con Bitona meydançanın kənarlarında Daniel Makfarlan və Duqlas Potter, yardım edəcək. Dördüncü hakim funksiyasını Metyu Makdermid yerinə yetirəcək. Görüşün VAR hakimləri Nikolas Valş, Stiven Maklin olacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->