Misli Premyer Liqasında cari mövsümdə ilk Azərbaycan derbisinin hansı turda keçiriləcəyi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu, Peşəkar Futbol Liqasının açıqladığı geniş təqvimdə əksini tapıb.
"Qarabağ" - "Neftçi" matçı XI tura təsadüf edəcək. Bu turun görüşləri noyabrın 7-9-u aralığında keçiriləcək.
Xatırladaq ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.
Azərbaycan Kubokunda 2025/2026 mövsümünün final oyununun keçiriləcəyi tarix də müəyyənləşib. Həlledici qarşılaşma mayın 13-də baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm Azərbaycan Kubokunun sahibi "Sabah" klubu olub.
Şərhlər