Xəbər lenti

Qastroenteroloqdan məsləhət: Meyvə-tərəvəzi belə yuyun
Sağlamlıq15:03 28.08.2020

Qastroenteroloqdan məsləhət: Meyvə-tərəvəzi belə yuyun

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tərəvəz və meyvələri axan suyun altında yaxalamaq bakteriyalardan qurtarmaq üçün kifayət deyil. 
Qaynarinfo xəbər verir ki, bunu Sankt-Peterburq telekanalının efirində qastroenteroloq Olqa Protopopova bildirib. Onun sözlərinə görə, mikrobları öldürmək üçün soda kömək edə bilər.
Doktor şüalanma səviyyəsinin yüksək olduğu bir yerdə meyvə və ya tərəvəz yetişdirildiyi təqdirdə sodanın radioaktiv maddələrin miqdarını azaltmağa kömək edəcəyini vurğulayıb: 
"Bununla bərabər, bircə çimdik yuyucu vasitə də kifayətdir", - həkim deyib.
Protopopova qeyd edib ki, tərəvəz, giləmeyvə və meyvələri yuyarkən suyun keyfiyyətinə diqqət yetirmək lazımdır.
"Yeməkləri yoxlanılmamış mənbələrdən gələn su ilə yaxalamaq qadağandır, bu qayda quyu suyuna da aiddir. Bağırsaq infeksiyalarından qorunmaq üçün əvvəlcə şübhəli su qaynadılmalıdır”, - mütəxəssis xəbərdarlıq edib.
Alpər