Qazaxıstan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov saxlanılıb. O, dövlətə xəyanətdə şübhəli bilinir. Keçmiş dövlət məmuru istintaq təcridxanasına yerləşdirilib.
Qaynarinfo xəbər verri ki, Məsimov ölkədə iğtişaşlar başlayandan sonra vəzifəsindən uzaqlaşdırılıb. Eyni zamanda dövlətə xəyanətlə bağlı ibtidai istintaq başlayıb. Məsimovla birlikdə DTK-nın digər əməkdaşları da saxlanılıb. Müstəntiqlər hələlik başqa heç bir məlumat açıqlamayıblar.
Xatırladaq ki, daha əvvəl mediada Almatı hava limanının ələ keçirilməsinə 40 dəqiqə qalmış təhlükəsizlik xidmətlərinin öz postlarını tərk etməklə bağlı "yuxarıdan” əmr aldığı barədə məlumatlar yayılıb. Bu barədə Nazarbayevin keçmiş müşaviri Ərməhəmməd Yertısbayev "Xəbər 24” telekanalının efirində bildirib.
Dövlətə xəyanətdə təqsirli bilinənləri 10 ildən 15 ilə qədər həbs gözləyir. Bundan əlavə, onlar ömürlük Qazaxıstan Respublikasının vətəndaşlığından məhrum ediləcəklər.
Alpər