Dünya 20:16 14.07.2022

Qazaxıstan Rusiyadan çıxan xarici brendləri ölkəyə cəlb etməyə çalışır

Qazaxıstan Rusiyanı tərk etmiş yüzlərlə beynəlxalq biznesi cəlb etmək üçün çalışmalıdır.
 
Qaynarinfo "The Moscow Times” saytına istinadla xəbər verir ki, bu barədə Qazaxstan prezidenti Tokayev bildirib.
 
Tokayev Rusiyada fəaliyyətini dayandıran 1000-ə yaxın xarici şirkət üçün Qazaxstanda "əlverişli şərait” yaratmağı təklif edib.
 
"Biz investisiya kapitalı uğrunda qlobal mübarizənin şahidiyik. 1400-ə yaxın iri xarici şirkətin mühüm hissəsi Rusiyada fəaliyyətini ya dayandırıb, ya da ölkə bazarını tamamilə tərk edib. Hökumət onların Qazaxıstana köçürülməsi üçün əlverişli şərait yaratmalıdır. Bu, hasilatı artırmaq üçün bizə yaxşı imkan verəcək”, - Tokayev hökumətin iclasında bildirib. 

Qeyd edək ki, ABŞ Xəzinədarlıq və Ticarət Departamentinin Qərbin sanksiyalarını pozaraq Rusiya və Belarusa mal göndərdiyi məlum olan ən azı 18 ölkənin siyahısına Qazaxıstan və digər dörd keçmiş Sovet respublikası daxildir.

Qazaxıstan iyulun əvvəlində Qərbin sanksiyaları altında olan malların Rusiya və Belarusa daşınmasını qadağan edən qanun layihəsi hazırlayıb.

Nurlan Hüseynov