Nur Sultan və Vaşinqton arasında "açıq səma" prinsipləri əsasında hava əlaqələri haqqında saziş imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur Nazirliyi Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Sənədin şərtlərinə görə, tərəflər daşıyıcıların sayına, təyinat nöqtələrinə və tezliklərə məhdudiyyət qoyulmadan uçuş edə bilər.