Xəbər lenti

İdman 15:37 02.11.2023

"Qəbələ"nin "Olimpiakos"la oyunun hakimləri müəyyənləşdi

"Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasının Çempionlar yolunun II mərhələsində keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib.
 
Qaynarinfo-nun məlumatına görə, "Qırmızı-qaralar”ın Yunanıstan təmsilçisi "Olimpiakos”la ilk görüşünü Gürcüstandan olan ədalət təmsilçiləri idarə edəcək.

Noyabrın səkkizində keçiriləcək matçın baş hakimi Qoqa Kikaçeişvili olacaq. Ona həmyerliləri David Axvlediani və Davit Qabisoniya kömək edəcəklər.
 
Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->