Xəbər lenti

Qərb Ukraynaya silah tədarükünə yanaşmasını dəyişdi - "Politico"
Dünya10:14 20.07.2023

Qərb Ukraynaya silah tədarükünə yanaşmasını dəyişdi - "Politico"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyevin qərbli müttəfiqləri Ukraynaya silah tədarükündən hərbi texnikanın təmirinə doğru yönlənmək qərarına gəliblər. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” qəzeti yazır.
KİV-in məlumatına görə, 17 aylıq döyüş əməliyyatlarından sonra Ukrayna təmirə ehtiyacı olan "məcburi və müxtəlif” texnika arsenalı toplayıb. Xüsusilə alman tankları, Amerika haubitsaları, İtaliyanın hava hücumundan müdafiə sistemləri, eləcə də Britaniya, Polşa, Kanada, Fransa və Çexiya texnikasının müntəzəm təmirə ehtiyacı var. Qəzet yazır ki, Qərb Kiyevə onun təmirində, eləcə də zədələnmiş silah və maşınların hissələrinin axtarışında kömək etmək qərarına gəlib.
Nəşr ABŞ müdafiə nazirinin satınalma və təchizat üzrə müavini Uilyam Laplantenin sözlərinə istinad edir ki, o, artıq Avropada təmir müəssisələrinin yaradıldığını, təmir kitabçasının və istifadəyə dair təlimatların tərcümə olunduğunu bildirib.
Laplante Ukraynanın istifadə etdiyi avadanlıqların işlək vəziyyətdə saxlanılması problemini həll edən qrupa rəhbərlik edir. Qrupun Ukrayna hərbçiləri ilə mütəmadi olaraq görüşüb, avadanlıqları təmir etmək üçün hansı ehtiyat hissələrin çatışmadığını müzakirə etdiyi bildirilir.
Qəzet onu da qeyd edir ki, texnikanın hazırlıq səviyyəsi Kiyev üçün ciddi problem olaraq qalır - Ukrayna Silahlı Qüvvələri ya postsovet dövründən qalan və uzun müddət anbarlarda toz yığan silah və texnikadan, ya da onlar üçün qeyri-adi olan digər ölkələrin silahlarından istifadə edir. Eyni zamanda, təmir siyasi və maliyyə ziddiyyətləri ilə çətinləşir. Məsələn, əvvəllər Almaniya və Polşa Polşada Leopard 2 tanklarının təmiri mərkəzinin açılması ilə bağlı müttəfiqlər arasında işin dəyəri ilə bağlı fikir ayrılıqları səbəbindən razılaşa bilməyiblər.
Alpər