Xəbər lenti

Qəsdən polisin üzünə öskürən hollandıyalıya hökm oxundu
Dünya12:07 21.03.2020

Qəsdən polisin üzünə öskürən hollandıyalıya hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirusla yoluxdurmaq istədiyini deyərək polis məmurunun üzünə öskürən 23 yaşlı Hollandiya vətəndaşı Haaqa məhkəməsinin hökmüylə 70 gün həbs cəzasına məhkum edilib. 
Qaynarinfo xəbər verir ki, hadisə martın 18-nə keçən gecə baş verib. 23 yaşlı bir kişi avtomobilində sürət həddini aşıb və polis tərəfindən dayandırılıb.
Sürücü qanda spirtin həddini ölçən aparata üfləməkdən imtina edib və onu saxlayan iki polisin qarşısında qəsdən öskürməyə başlayaraq deyib: "Məndə koronavirus vardı, indi səndə də var!"
Analizlərdən sonra gəncin koronavirusa yoluxmadığı məlum olub. Ancaq məhkəmə qərarı ilə 70 gün inzibati həbs cəzası alıb.