
Qırğızıstanda ölkənin Maliyyə Nazirliyi bütün maliyyə əməliyyatlarını dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu haqda nazirliyin saytında məlumat verilib.
Məlumatda qeyd olunur ki, əməliyyatlar yalnız "qanuni hökumət"in əmrindən sonra yenidən bərpa ediləcək. Maliyyə Nazirliyinin "xalqın gücünü” tanıdığı və "sabitləşdirmə işinə” başladığı bildirilir. Nazirlik eyni zamanda Kıyalbek Mukaşevin nazir əvəzi vəzifəsinə təyin edilməsini məsləhət görüb.
Bundan əvvəl Qırğızıstan müxalifəti prezident Sooronbay Jeenbekovun impiçment edilməsini istisna etməyib. Gecə iğtişaşlar zamanı etirazçılar ölkənin keçmiş başçısı Almazbek Atambayevi istintaq təcridxanasından sərbəst buraxıblar.
Alpər