Xəbər lenti

"Prezident seçkilərinə görə vətəndaşlıqdan imtina etdim"
Siyasət09:46 05.07.2013

"Prezident seçkilərinə görə vətəndaşlıqdan imtina etdim"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müxalifətin yaratdığı Milli Şuranın prezident seçkilərindəki vahid namizədi Rüstəm İbrahimbəyov dünən Rusiya vətəndaşlığından rəsmi şəkildə imtina etdiyini təsdiqləyib.

R.İbrahimbəyov açıqlamasında bu qərarının motivləri barədə danışıb. 

R.İbrahimbəyovun sözlərinə görə, bu addımı onun qarşıdan gələn prezident seçkilərindəki iştirak qərarı ilə bağlıdır: “Mən həmişə Azərbaycan vətəndaşı olmuşam. Ölkədən heç vaxt çıxıb getməmişəm. Mənim Azərbaycanda teatrım olub. Bir sözlə, mən öz yaradıcılıq işlərimi həmişə Azərbaycanda davam etdirmişəm”.

R.İbrahimbəyov onu da əlavə edib ki, Rusiya pasportu ona SSRİ-dən miras qalıb.

R.İbrahimbəyov müxbirimizin “Azərbaycanda ikili vətəndaşlıq qadağandır, siz bu məsələni hüquqi nöqteyi-nəzərdən hansı yolla qaydaya salmağa hazırlaşırsınız” sualına belə cavab verib: “Azərbaycan qanunları ikili vətəndaşlığa qadağa qoymayıb. Mən sadəcə olaraq seçkilərdə iştirak etmək qərarımla bağlı Rusiya təbəəliyindən imtina etməyə qərar vermişəm”. (virtualaz.org)