Xəbər lenti

"Qarabağ problemini Rusiya ilə birgə həll etməyə çalışırıq" - Çavuşoğlu
Siyasət13:03 22.03.2017

"Qarabağ problemini Rusiya ilə birgə həll etməyə çalışırıq" - Çavuşoğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə və Rusiya münasibətlərini bərpa ediblər və hazırda regionda problemlərin həlli, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzərində birgə işləyirlər.
"Qaynar" "Trend"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda çıxışı zamanı deyib.
Nazir qeyd edib: "Rusiya ilə aramızdakı fikir ayrılığını aradan qaldırmışıq. Bu gün münasibətlərimiz bərpa olunub və biz regiondakı bir sıra problemlərin həlli ilə bağlı əməkdaşlıq edirik".
Qaynar.Az