Xəbər lenti

"Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq" - Baş nazir
Siyasət08:47 05.04.2016

"Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq" - Baş nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Dağlıq Qarabağda Ermənistanın hücumlarını yaxından təqib edirik və lənətləyirik. Azərbaycanın haqlı davasında dəstəyimizi bu gündən sonra da davam etdirəcəyik". Qaynar.info xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.

AKP-nin qrup toplantısında çıxış edən baş nazir sonadək Azərbaycanın yanında olacaqlarını bildirib: "Hamı bilsin ki, Türkiyə axirətə qədər Azərbaycanın yanında olacaq", - o qeyd edib. Bütün dünya bilməlidir ki, Türkiyə Ermənistanın hücumları qarşısında can Azərbaycan ilə qiyamətə qədər çiyin-çiyinə olacaq”.

Qaynar.info