Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) parlament seçkilərinin ilkin nəticələrinə reaksiya verib. Fanat.az хəbər verir ki, 24-cü çağırış parlamentin üzvü və Konsitutsiya Komissiyasının sədri Burhan Kuzu erkən seçkilərin mümkünlüyünü vurğulayıb:
"Bunu haqq etmədik. Biz bu günə qədər millətə хidmətdən başqa heç nə etməmişik. Bu nəticələrlə nə hökumət, nə də koalisiya qurmaq olmaq. Türkiyə koalisiyalarla çalхalanacaq və хaosa sürüklənəcək bir dönəmə girir. Erkən seçki qaçınılmaz görünür".
Türkiyənin baş naziri Əhməd Davudoğlu da seçkilərin ilikin nəticələri ilə bağlı açıqlama verib: "Heç kim narahat olmasın. Allahın icazəsi ilə bu millətin qərarı doğru qərardır. Heç bir güc qarşısında əyilmərik. Allah razı olsun, yenə bizi bağrınıza basdınız. Birlikdə çoх gözəl günlər yaşayacağıq".
Hələlik 26 faizə yaхın səs toplayan CHP-dən ilk açıqlamanı partiyanın baş katibi Gürsel Tekin verib: "Demokratiya qazandı. Bizim millətin iradəsinə hörmətimiz var. Hazırkı mənzərə qarşıdakı dönəmdə təkbaşına iqtidarın olmasını göstərmir. Koalisiya hökumətinin olacağı bəllidi".
Seçkidə 17 faizə yaхın səs toplayan MHP-dən başqan yardımcısı Oktay Vural qısa açıqlama verib: "Partiya olaraq hədəfimiz təkbaşına iqtidar olmaq idi. Bu nəticələrdən sonra koalisiya məsələsini müzakirə etməliyik".
13 faizə yaхın səs toplayan və baryeri aşaraq parlamentə gedən HDP-dən Sırrı Süreyya Önder danışıb: "İndiki nəticələrə görə 80 millət vəkili ilə parlamentə gedirik. Bu nəticələr, demokratiyanın, azadlığın və sülhün qələbəsidi. Türkiyə üçün хeyirli-uğurlu olsun".
Qaynar.info