Xəbər lenti

Qurban Qurbanov: “Bu, bizə mane olan amillərdir”
İdman 13:51 20.01.2026

Qurban Qurbanov: “Bu, bizə mane olan amillərdir”

"Rəqibin düşərgəsində dəyişikliklər oldu. Bu, bizə mane olan amillərdir. Amma azarkeşlərimizi sevindirməyə çalışacağıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirməyə çalışacağıq”.

Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyunu ilə bağlı danışarkən deyib.

"Çox vacib oyundur. Hazırlaşmağa çox vaxtımız olmadı. Az bir vaxtdan səmərəli istifadə etdik. Maksimum çalışdıq ki, futbolçularımızı fiziki cəhətdən hazırlayaq. Bir yoxlama oyunu da oynaya bilərdik Amma futbolçularım çox intizamlı idi”.//Teleqraf 
--> -->