Xəbər lenti

Qurban Qurbanovdan qələbə şərhi
İdman18:47 02.06.2024

Qurban Qurbanovdan qələbə şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu gün qarşımızda istəkli və dinamik rəqib var idi”.
"Report”un məlumatına görə, bunu "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Zirə”yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis maraqlı mövsümü geridə qoyduqlarını bildirib:
"Kubokun finalında yaxşı oyun alındı. "Zirə”yə alqış düşür. Yaxşı mövsüm keçirdilər. Öz futbolçularımı ürəkdən təbrik edirəm. Çox çalışdılar. Titullar qazanandan sonra oyunçularda istək azalır. Amma bunun olmaması üçün çalışacağıq”.