Xəbər lenti

Rahibələr oğurladıqları yarım milyonu qumar və tətilə xərclədi
Dünya09:56 11.12.2018

Rahibələr oğurladıqları yarım milyonu qumar və tətilə xərclədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Los Anceleş şəhərində məktəbdə işləyən 2 rahibə 10 il ərzində 500 min dollar oğurlayıb.
Qaynarinfo xəbər verir ki, Los Ancelesdəki Müqəddəs Ceyms Katolik məktəbində işləyən Meri Marqaret Kroypa və Lana Çanq adlı rahibələr yarım milyonu oğurladıqlarını etiraf edib. Məbləğlər ianə, təhsil və digər ödənişlərdən götürülüb. Kroypa və Çanq pulları qumar və tətillərdə xərcləyib. Los Anceles Baş Yepiskopluğu ümumi yoxlama zamanı pulun yerində olmadığını öyrənib. 
Qeyd edək ki, hər iki şəxs bu ilin əvvəlində təqaüdə çıxıb. Meri Marqaret 29 il məktəb müdiri, Çan isə 20 il müəllimə kimi çalışıb. Hər iki rahibə barədə məhkəmə prosesinin başlaması gözlənilir.
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!