Xəbər lenti

Rahibələr rəsm əsərlərini oğurlayıb monastırdan qaçdı
Dünya13:02 31.10.2023

Rahibələr rəsm əsərlərini oğurlayıb monastırdan qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniyada 10 rahibə rəsm əsərlərini oğurlamaqda və monastırdan qaçmaqda günahlandırılır.
Qaynarinfo bu barədə "Daily Mail"ə istinadən yazır. 
Hadisə İspaniyanın mərkəzi-qərbindəki Avila əyalətində baş verib. 
Məlumata görə, rahibələr özləri ilə 20-yə yaxın rəsm əsəri götürərək monastırı tərk ediblər. Rəsmlər arasında ən qiymətlisi 17-ci əsrdə yaşamış ispan rəssamı Alonso Kanonun dirildikdən sonra Məsihi təsvir edən əsər olub.
Hadisə günahkarların cəzalandırılmasını tələb edən yerli sakinləri qəzəblənib. Monastırın yerləşdiyi şəhərin rəhbərliyi də tarixi əsərləri aparan, insanları ibadət yerindən məhrum edən rahibələrin hərəkətini pisləyib.
Regional hökumət rahiblərə müraciət edərək, rəsmləri geri qaytarmağı xahiş edib. Sonradan məlum olub ki, rahibələr yeni monastıra köçüb, rəsmlər isə həmin məbədə aparılkıb. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyən edilməsi üçün araşdırma aparılır.
Aydın