İdman 14:36 12.10.2022

Ramil Şeydayev: "Onlar revanş almaq istəyirlər"

"Qarabağ”ın hücumçusu Ramil Şeydayev sabah "Olimpiakos”la keçiriləcək matç haqda fikirlərini bildirib.

Qaynarinfo xəbər verir ki, səfər qarşılaşmasında yunan klubuna vurulan qollardan birinin müəllifi olan millimizin üzvü bunları söyləyib: "Ümid edirəm ki, nəticə bizim xeyrimizə olacaq. Çətin olacaq. Onlar revanş almaq istəyirlər. Birinci oyundan daha ciddi və məsuliyyəli yanaşırıq. Hər kəsi də stadionda gözləyirik”.

Şeydayev ötən oyunda vurduğu qolun sevincindən də danışıb:

"Qola sadəcə sevindim. Qoldan sonra sevinməyə, qaçmağa prinsipcə yer də yox idi. Deməzdim ki, emosiyaların daxildən partlayışı idi. Yazmışdılar ki, sanki bilərəkdən etmişəm. Xeyr, sadəcə qol sevinci idi”.

Səbuhi Həsənov