Xəbər lenti

Ramin Hacılıdan cağırış: "Nihilizm ədalətsizlik yaradır"
Siyasət10:11 26.03.2014

Ramin Hacılıdan cağırış: "Nihilizm ədalətsizlik yaradır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan dövləti gənclər arasında ayrı-seçilik edir. Biz bunu illərdi deyirik. Elə bilirlər öz mənfəətimiz üçün deyirik. Hansı ki, bu durumdan elə ən çox dövlətimiz zərər görür. Təcili tədbirlər görülməsə, çox gənc itirəcəyik". 

Bunu Qaynar.info-ya Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı gənclərin radikal dini qruplara qoşulub Suriyaya və Dağıstana getməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, azərbaycanlı gənclərin radikal dini qruplaşmalara qoşulmaması üçün ciddi addımlar atmaq lazımdır: "Dünya mediasında artıq dini radikalizmlə bağlı adlar çəkiləndə əfqan və ərəblə yanaşı, azərbaycanlıların da adları müntəzəm hallanmağa başlayıb. Bu, əvvəllər belə deyildi. Amma son illər bu problem artan xətlə inkişaf edən bir məsələyə çevrilib. Dövlət insanları radikal dini təriqətlərə qoşulandan sonra yolundan çəkindirə bilməz. Zərərsizləşdirsə, belə bu onları əzilən qəhrəman obrazına salar. Ona görə də  yeniyetməlik illərində olan vətəndaşlar ilə xüsusi iş aparılmalıdı". 

R.Hacılı hesab edir ki, bu məsələdə Qeyri-Hökumət təşkilatları da dövlətlə birgə çalışmalıdır: "Ali məktəbə daxil olmayan, hər hansı bir məmur dəstəyi və ya doğuşdan qazandığı imkanlar hesabına yaşamayan və eləcə də imkanlı ailədə böyüməmiş gənclərlə bağlı xüsusi proqramlar hazırlanmalıdır. Vətəndaş Cəmiyyəti bu sahədə dövlətlə birgə hərəkət etməlidir. İnanın, gənclər məşğuliyyətsizlikdən və dövlətinə olan güvənsizlikdən bu kimi seçimlər edirlər. Nihilizm ədalətsizlik yaradır. İnsanlara ədalətin yaradılması üçün dövlətlə  birgə hərəkət etməyin labüdlüyünü izah etmək lazımdır".

Qaynar.info