İdman 12:31 04.08.2023

"Real"ın və "Tottenhem"in sabiq futbolçusu karyerasını bitirdi

"Real”ın sabiq futbolçusu Roberto Soldado karyerasını bitirib.

Qaynarinfo-nun məlumatına görə, karyerasına "Don Bosco Jug”da başlayan, daha sonra müvafiq olaraq "Real”, "Osasuna”, "Xetafe”, "Valensiya”, "Tottenhem”, "Vilyarreal”, "Fənərbağça”, "Qranada” və "Levante”də oynayan Soldado 38 yaşında futbolu tərk etdiyini açıqlayıb.

İspan futbolçu açıqlamasında, "Bu gün 21 illik karyerama son qoyuram. Heç vaxt gerçəkləşməyəcəyini və bu qədər uzun sürəcəyini düşünmədiyim bir xəyala son qoyuram. Bu yolda məni müşayiət edən komanda yoldaşlarıma, dostlarıma, ailəmə, məşqçilərimə və azarkeşlərimə təşəkkür etmək istəyirəm” - sözlərindən istifadə edib.

Soldado karyerası ərzində ümumilikdə 610 rəsmi matçda iştirak edib. Təcrübəli futbolçu karyerası boyunca 224 dəfə rəqib torunu silkələyib, 74 məhsuldar ötürməyə imza atıb.

Səbuhi Həsənov