Xəbər lenti

Rəşad Dağlı ilə bağlı sözlərimə görə məndən incidilər
Maqazin 23:00 03.07.2023

Rəşad Dağlı ilə bağlı sözlərimə görə məndən incidilər"

"Rəşad Dağlı bu gün məclislərdə olmasa da, qəlbimizdədir. Rəşadın güclü meyxanaçı olduğunu dediyimə görə, məndən incidilər".

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Ağamirzə Məmmədov "A-dan Z-yə" proqramında qonaq olarkən deyib. O, hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlı ilə bağlı bu fikirləri səsləndirib:

"Dəfələrlə demişəm, indi də təkraralayıram, bu günə qədər kimin xətrinə dəymişəmsə, üzr istəyirəm. Kimsə mənim xətrimə dəyibsə, onları da bağışlayıram. Bu dəqiqə meyxanaçılar var, amma aralarından birini seçmək olmur. Gərək üstündən vaxt keçsin. Rəşad Dağlını əvəz edən yoxdur. Yenə inciyəcəklər məndən. Olanda deyəcəyəm ki, filankəsdir".

Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->